Safura ailəsi ilə birlikdə 2024-cü ili belə QEYD ETDİ – FOTO 

Hazırda oxunan: Safura ailəsi ilə birlikdə 2024-cü ili belə QEYD ETDİ – FOTO 

171602

Azərbaycanı 2010-cu ildə "Drip-drop" mahnısı ilə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safurə Əlizadə ailəsi ilə bağlı diqqətçəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı, iş adamı Fərhad Əliyev və üç övladı ilə birlikdə İstanbulda lüks restoranların birində Yeni ili qeyd ediblər.

Safura gecə boyunca əri və uşaqları ilə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Safura və Fərhad cütlüyünün Ayşə adlı qızı, İsgəndər və Natiq adlı iki oğlan övladı var. Müğənninin əri mərhum sabiq Sənaye və Energetika naziri Natiq Əliyevin oğludur.    








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO