Metroda atası vəfat edən Çinarənin anası baş verən hadisədən DANIŞDI - VİDEO

Metroda atası vəfat edən Çinarənin anası baş verən hadisədən DANIŞDI - VİDEO

Hazırda oxunan: Metroda atası vəfat edən Çinarənin anası baş verən hadisədən DANIŞDI - VİDEO

166745

Xəbər verdiyimiz kimi Bakının "Nərimanov" metrostansiyasında qatardan düşüb stansiyanı tərk edərkən özünü pis hiss edən və dünyasını dəyişən şəxs müğənni Çinarə Məlikzadənin atası olub.

Bizim.Media xəbər verir ki, sənətçinin anası Kifayət xanım baş verən hadisənin təfərrüatları barədə "Günə son" ictimai-sosial verilişin canlı efirində danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Nərimanov" metrostansiyasında bir nəfər öldü


Mərhumun xanımı müğənni qızının hazırda işləri ilə bağlı Türkiyədə olduğunu, sabah Bakıya geri qayıdacağını açıqlayıb: 

"Həyat yoldaşımın metroda halı pisləşib. İfarkt keçirib. Mənə zəng edib polis söylədi ki, bəs Məlik müəllimin halı pisdir. Həmin vaxt şəhidlərlə bağlı tədbirdə idim. Amma onun öldüyünü mənə söyləmədilər. Qismət... İşləri ilə bağlı qızım Türkiyədədir. Bu xəbəri Çinarəyə onun prodüseri çatdırıb. O, sabah Türkiyədən Bakıya gələcək".


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO