
- A-
- A
- A+
Şoutaym
09:24 / 06.09.2023
1 dəq oxunma
Əməkdar artist: “Ajda Pekkanla unudulmaz öpüş” - FOTO
Hazırda oxunan: Əməkdar artist: “Ajda Pekkanla unudulmaz öpüş” - FOTO
153846
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Firdovsi Atakişiyev Türkiyənin superstarı, əfsanəvi Ajda Pekkanla bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, aktyor 20 il əvvəl Bakıda konsert proqramı ilə çıxış edən pop ulduzla görüşü zamanı çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Atakişiyev paylaşımına “Unudulmaz öpüş. Sevimli əfsanə... 2003-cü il, Ajda Pekkanın konserti” sözlərini yazıb.
Qeyd edək ki, F.Atakişiyevin həyat yoldaşı İranə Tağızadə bu il aprelin doqquzunda Bakı şəhərində dünyasını dəyişib. O, görkəmli rejissor Tofiq Tağızadənin qızıdır. Cütlüyün bir oğlu var.
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































