Brilliant Dadaşova: “Tikilən torbalardan, murdar əməllərdən xəbərsiz idim” – VİDEO 

Brilliant Dadaşova: “Tikilən torbalardan, murdar əməllərdən xəbərsiz idim” – VİDEO 

Hazırda oxunan: Brilliant Dadaşova: “Tikilən torbalardan, murdar əməllərdən xəbərsiz idim” – VİDEO 
148086
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mən anasız böyümüş, gözəgəlimli, bir az sevimli, mahnılar oxuyanam. Bəzən mükəmməl, bəzən kaprizli, bir az yaramaz... Birdən gördüm, gözlər üzərimdədir. Elə bildim ki, böyümüşəm, artıq tale öz əlimdədir. Alçaqlardan, düzüb-qoşulan iftiralardan xəbərim yox idi. Tikdikləri torbalardan, atılacaq “palçıq”lardan xəbərsiz idim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Sənətçi ona şər, böhtan atanlardan söz açıb: 

“Xəbərim yox cılız xislətli insanların murdar əməlindən, qazılan quyuların təməlindən. Elə bilirdim, güc yalnız bizi qoruyan qayalardadır. Qayaların üstündə gəzməkdən dizlərim qəlbim kimi hər zaman qanlı, yaralı olub. Ağacların başına dırmaşmaqdan başım daima bəlalı olub. Uşaqlıqdan Xəzərin dalğalarının əksinə üzdüyüm vərdişimlə dırnağımla, dişimlə gücə, qüvvəyə sinə gərməyə alışdım. Ömürboyu alın tərimlə, sənətimlə çalışdım. Bu minvalla dünyanı dolaşdım. Dərə, təpə çətinlikləri ruhumun gücüylə aşdım”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO