Burak Qətərdə qazandığı pulu zəlzələdən zərərçəkənlərə BAĞIŞLADI

Burak Qətərdə qazandığı pulu zəlzələdən zərərçəkənlərə BAĞIŞLADI

Hazırda oxunan: Burak Qətərdə qazandığı pulu zəlzələdən zərərçəkənlərə BAĞIŞLADI

121844

Türkiyənin məşhur aktyoru Burak Özçivit zəlzələdə zərərçəkənlərə növbəti dəfə yardım edib. 

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçi Qətərdə qatıldığı tədbirdən əldə etdiyi qonorarını ianə edib. 

Qeyd edək ki, Burak daha öncə də həyat yoldaşı Fahriyə Evcenlə birgə zərərçəkənlər üçün 600 min lirə (təxminən 54 min manat) bağışlayıb.  

Cütlük “Instagram” səhifələrində canlı yayımlar açaraq, yardım toplayıblar. Bundan savayı aşiqlər zəlzələ bölgələrinə bir TIR geyim və ərzaq göndərib. Bununla yanaşı onlar “Tek yürek” kampaniyasında da iştirak ediblər. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO