Floridadan “vurub”, Kubadan “çıxan” azərbaycanlı müğənninin qış tətili - FOTO/VİDEO

Floridadan “vurub”, Kubadan “çıxan” azərbaycanlı müğənninin qış tətili - FOTO/VİDEO

Hazırda oxunan: Floridadan “vurub”, Kubadan “çıxan” azərbaycanlı müğənninin qış tətili - FOTO/VİDEO
113368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni İlkin Fuad qiş tətilində okeanın o tayına - ABŞ-a yollanıb. 

Bizim.Media xəbər verir ki, qış fəslini qızmar yaya dəyişən sənətçi Mayamidən “vurub”, Kubadan “çıxıb”. 

Öncə Floridada olan İlkin aliqatorların məskəni “Everglades Safari Park”a gedib. Bataqlıqda “qaynayıb-qarışan” nəhəng aliqatorları lentə alan sənətçi qorxmadan sözügedən canlının kiçik nümunəsini əlinə alıb. İfaçı əlində tutduğu timsaha “Kabablıq” deyə müraciət edib. 
Daha sonra İlkin aliqatorlarla əyləncəsini sonlandıraraq Kubaya gedib. Paytaxt Havananı ələk-vələk edən müğənni məşhur “Kuba siqarası”nın hazırlanma prosesini izləyib. 

Sənətçi ekzotik meyvələrin satıldığı kiçik bazara da baş çəkib. Orada İlkin kokosun dadına baxıb “dadlıdır” deyərək, meyvə haqqında fikrini bildirib. 

Müğənni restoranların birində olduğu zaman kubalı musiqiçilərin səsləndirdiyi nəğmələrini dinləyib. 

Rəşad Əliyev, Bizim.Media

 


Floridadan “vurub”, Kubadan “çıxan” azərbaycanlı müğənninin qış tətili - FOTO/VİDEO - foto 1
Floridadan “vurub”, Kubadan “çıxan” azərbaycanlı müğənninin qış tətili - FOTO/VİDEO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO