Fatimə: “İllərlə rəfiqəlik etdiklərimi dostluğumdan silmişəm” - VİDEO

Fatimə: “İllərlə rəfiqəlik etdiklərimi dostluğumdan silmişəm” - VİDEO

Hazırda oxunan: Fatimə: “İllərlə rəfiqəlik etdiklərimi dostluğumdan silmişəm” - VİDEO
111865
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dostlarımın çoxunu silmişəm. İllərlə olan rəfiqələrimə heçnə deməmiş silmişəm dostluğumdan. İncidiyimi də onlara deməmişəm. Nə mesajlarına, nə də ki zənglərinə cavab verirəm. Bununla da dostluğumuz bitib. Onlar bilsəydilər ki, günahları yoxdur gəlib mənimlə üzbəüz danışardılar. Amma onlar bunu etməyiblər. Ona görə də onlar itiblər”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Özəl” verilişində deyib.

Sənətçi bildirib ki, qızı ailə həyatı qurandan sonra onun ən yaxın rəfiqəsinə çevrilib.

“Dostluq etmək gözəl duyğudur. Kimləsə məsləhətləşmək, dərdləşmək, gülüb-danışmaq. Amma o demək deyil ki, sən həmin o insanlarla bütün gün oturmalısan. Qızım Aydanla rəfiqəyik. Keçmiş illərdə biz onunla bu qədər yaxın dost deyildik. Aydan ana, ailə sahibi olandan sonra ondan o qədər məsləhətlər alıram ki… Qızımın 27 yaşı var. Bir-birimizlə məsləhətləşirik, nəyi-necə etməyi soruşuruq”, - deyə F.Fətəliyeva vurğulayıb.

Qeyd edək ki, 3 il əvvəl Fatimə Fətəliyevanın qızı Aydan Əkbər adlı bəylə ailə qurub. 2020-ci ildə isə cütlüyün Zəhra adlı qızı dünyaya gəlib. Rəqqasənin Hüseyn adında daha bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 


Fatimə: “İllərlə rəfiqəlik etdiklərimi dostluğumdan silmişəm” - VİDEO - foto 1
Fatimə: “İllərlə rəfiqəlik etdiklərimi dostluğumdan silmişəm” - VİDEO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO