Eldar Mahmudovun ortağının məhkəməsi başlayıb -  30 milyonluq iş

Eldar Mahmudovun ortağının məhkəməsi başlayıb - 30 milyonluq iş

Hazırda oxunan: Eldar Mahmudovun ortağının məhkəməsi başlayıb - 30 milyonluq iş

243313
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 30 milyon manatın mənimsənilməsində təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.xa0

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.xa0

Sonra təqsirləndirilən şəxsin vəkilləri cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyiblər. Buna görə iclas oktyabrın 17-dək təxirə salınıb.xa0

İttihama görə, S.Ağayevin rəhbərlik etdiyi şirkət Bakıda keçirilən Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb. Müqavilə 30 milyon manat məbləğində olub. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb.xa0

Bundan sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Qeyd edək ki, iş üzrə şahid qismində keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun da adı keçir. O, bu məsələ ilə bağlı istintaqa ifadə verib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO