Büdcə daxilolmaları 24,2% artıb - Dövlət Gömrük Komitəsi...

Büdcə daxilolmaları 24,2% artıb - Dövlət Gömrük Komitəsi...

Hazırda oxunan: Büdcə daxilolmaları 24,2% artıb - Dövlət Gömrük Komitəsi...
78314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 063 793,7 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,2% çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DGK yayıb.

Mənbə yazır ki, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,5% artaraq 514 391,9 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 30,4% artaraq 1 472 598,6 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk beş ayında daxilolmalar 14% azalaraq 53 470,6 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 23 332,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 36,4% çoxdur.

Bu ilin may ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 422 353,1 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 21,5%, bu ilin aprel ayı ilə müqayisədə isə 3,1% çoxdur.

Bu ilin may ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% artaraq 104 110,1 min manat olub. Bu ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 3,4% azalıb.
Həmçinin, cari ilin may ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 23,8% artaraq 298 075,0 min manat (bu ilin aprel ayı ilə müqayisədə 4% çox), aksizlər üzrə 23,7% artaraq 13 612,5 min manat (aprel ilə müqayisədə 27,6% çox), yol vergisi üzrə daxilolmalar isə 2 dəfədən çox artaraq 6 555,6 min manat (aprel ilə müqayisədə 41,2% çox) təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO