Gömrük Komitəsindən bağlamaların sahiblərinə gec çatdırılması iddialarına CAVAB

Gömrük Komitəsindən bağlamaların sahiblərinə gec çatdırılması iddialarına CAVAB

Hazırda oxunan: Gömrük Komitəsindən bağlamaların sahiblərinə gec çatdırılması iddialarına CAVAB
70224
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda həyata keçirilən yoxlamalar nəticəsində poçt göndərişlərinin, daşıyıcı şirkətlər vasitəsilə xaricdən gətirilən bağlamaların sahiblərinə çatdırılması prosesində gecikmələrin müşahidə olunduğuna dair məlumatlar yayımlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük Komitəsi büdcəyə 1,2 milyard manat köçürüb – Son 3 ayda


Qurum bəyan edib ki, təhlillər nəticəsində poçt göndərişləri vasitəsilə narkotik vasitələrin, psixotrop maddələrin, cəmiyyətdə “patı” adlandırılan metamfetaminin, qanunla qadağan edilmiş məhsulların gömrük sərhədindən keçirilməsinə cəhdlər, maliyyə intizamının pozulması və bəyanetmə prosesinin düzgün aparılmaması halları müəyyən edildiyindən bu sahədə nəzarət tədbirləri gücləndirilib.

Gömrük nəzarətinin səmərəliliyinin artırılması, təhlükəsizlik, qaçaqmalçılıqla mübarizə, bəyanetmə və maliyyə nəzarətinin gücləndirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlər gömrük orqanlarının qanunvericiliklə müəyyən edilmiş gündəlik iş fəaliyyətidir.

Gömrük orqanları bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün göstərilməsini tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO