Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

641168

Manatın dövriyyə sürəti son iki onilliyin ən aşağı göstəricilərindən birinə düşüb. Azərbaycan Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-nə bu göstərici 2,96 bənd təşkil edib. Maraqlıdır ki, son 21 ildə ən aşağı göstərici 2015-ci ilin yanvarında - manatın ilk devalvasiyasından bir qədər əvvəl qeydə alınıb.

AMB-nın statistikasına əsasən, milli valyutanın dövriyyə sürəti bir ay ərzində 0,04 bənd, ilin əvvəlindən 0,24 bənd, ötən ilin sentyabrı ilə müqayisədə isə 0,42 bənd azalıb.

Pulun dövriyyə sürəti müəyyən dövr ərzində pul vahidinin orta hesabla neçə dəfə iqtisadi əməliyyatlarda istifadə edildiyini göstərir. Başqa sözlə, göstəricinin aşağı düşməsi manatın iqtisadiyyatda daha yavaş dövr etdiyini, pulun daha uzun müddət əhalinin, şirkətlərin və bank sisteminin əlində qalmasını ifadə edə bilər.

2015-ci il nümunəsi də bu baxımdan diqqətdən kənarda qala bilməz. Həmin ilin əvvəlində dövriyyə sürətinin 2,68 bəndə qədər düşməsi iqtisadiyyatda baş verən digər proseslərlə eyni vaxta təsadüf etmişdi. Ardınca neft qiymətlərinin kəskin ucuzlaşması və valyuta gəlirlərinin azalması fonunda manat iki dəfə devalvasiyaya məruz qaldı.

Bəs hazırkı vəziyyət manat üçün hansı mesajı verir?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı Natiq Cəfərli manatın məzənnəsi inzibati qaydada tənzimləndiyi üçün ona hər hansı bir təhlükənin olduğunu düşünmür:

“Çünki ölkənin valyuta ehtiyatları yüksəkdir, həm də məzənnə iqtisadi yox, inzibati qaydada tənzimlənir. Manatın dövriyyə sürətinin aşağı düşməsinin səbəbi odur ki, ölkədə iqtisadi aktivlik azalıb. Ümumilikdə isə manatın məzənnəsinə indiki halda hər hansı bir təhlükə görmürəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO