SOCAR Özbəkistan bazarına daxil olur

SOCAR Özbəkistan bazarına daxil olur

Hazırda oxunan: SOCAR Özbəkistan bazarına daxil olur

632488

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu zamanı bildirib.

Nazir xatırladıb ki, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR "Uzbeknefteqaz" və Britaniyanın "BP" şirkəti ilə tərəfdaşlıq çərçivəsində investor qismində Özbəkistan regionlarının birində yerləşən perspektivli "Üstyurt" yatağının işlənməsində fəal iştirak edir.
 

"Bizə göstərilən etimadı yüksək qiymətləndiririk. SOCAR qardaş Özbəkistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Həmçinin bu gün Özbəkistanın pərakəndə ticarət bazarına daxil olunacağı, yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisinə investisiyalar yatırılacağı rəsmən elan ediləcək", - M.Cabbarov vurğulayıb.


Nazir əlavə edib ki, "AzerGold" QSC özbəkistanlı həmkarları ilə tərəfdaşlıq çərçivəsində geoloji-kəşfiyyat işləri aparacaq və hasilatla məşğul olacaq.

"Bütün bu fəaliyyət Özbəkistanın regionlarında həyata keçirilir", - M. Cabbarov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO