Azərbaycan piy və yağ ixracını kəskin ARTIRDI

Azərbaycan piy və yağ ixracını kəskin ARTIRDI

Hazırda oxunan: Azərbaycan piy və yağ ixracını kəskin ARTIRDI
608478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 9 milyon 890 min ABŞ dolları dəyərində 6 min 880 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunub.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən məhsulun dəyəri 68 %, həcmi isə 45 % artıb.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracına çəkilən xərc Azərbaycanın ümumi ixrac xərclərinin 0,1 %-ni təşkil edib.

Yanvar-mart aylarında Azərbaycan 44 milyon 97 min ABŞ dolları dəyərində 28 min 35 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edib.

Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 2,27 milyon (5,4 %), həcm baxımından isə 1 275 ton (4,7 %) çoxdur.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO