Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Hazırda oxunan: Özbəkistandan Azərbaycana pul köçürmələri artıb
603013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ildə Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15,129 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 38,1% çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Özbəkistanın payı 1,3% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,026 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 589 min ABŞ dolları və ya 12,8% azalma deməkdir.
 

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Özbəkistanın payı 0,8% təşkil edib.


2024-cü ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,615 milyon ABŞ dolları, əks istiqamətdə isə 10,956 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib.

Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO