BTC ilə nəql olunan neftin HƏCMİ

BTC ilə nəql olunan neftin HƏCMİ

Hazırda oxunan: BTC ilə nəql olunan neftin HƏCMİ
585178
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 33 408,9 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,52% azdır.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqletmənin 74,6%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 24 907,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7,2% azdır.
 

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,1%-i və ya 21 199,8 min tonunu Azərbaycanda hasil edilən neft (3,4% azalma), 14,9%-i və ya 3 707,6 min tonunu (24,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.


Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır.

Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO