"Azərbaycan Sığortaçılar Assosiasiyası" Qlobal Federasiyaya üzv seçildi

Hazırda oxunan: "Azərbaycan Sığortaçılar Assosiasiyası" Qlobal Federasiyaya üzv seçildi
47652
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Sığorta Assosiasiyalarının Qlobal Federasiyasına (GFIA) üzv seçilib.

Bizim.Media ASA-ya istinadən xəbər verir ki, katibliyi Brüsseldə yerləşən Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının ötən gün keçirilən növbəti iclasında gündəlikdə duran məsələlərdən biri məhz Azərbaycan Sığortaçılar Assosiasiyasının Federasiyaya üzvlüyü ilə bağlı olub.

Keçirilən səsvermə nəticəsində ASA-nın Federasiyaya üzvlüyü yekdilliklə dəstəklənib. Bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasının ilk dəfə beynəlxalq quruma üzvlüyü gerçəkləşib.

Qeyd edək ki, GFIA 2012-ci ilin oktyabrında Vaşinqtonda sığorta assosiasiyalarının görüşündə yaradılıb.

Federasiya, qeyri-rəsmi olaraq 2008-ci ildən fəaliyyət göstərən Beynəlxalq Sığorta Assosiasiyaları Şəbəkəsini (INIA) əvəz edir. Federasiyaya 66 ölkədən 43 üzv, 1 müşahidəçi daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO