Azərbaycan qızıl ixracından nə qədər qazanıb? - STATİSTİKA    

Azərbaycan qızıl ixracından nə qədər qazanıb? - STATİSTİKA    

Hazırda oxunan: Azərbaycan qızıl ixracından nə qədər qazanıb? - STATİSTİKA    

43818

2021-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci yeri tutub. 

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, müvafiq dövr ərzində qızıl ixracının dəyəri 158,2 milyon dollara bərabər olub. 

Bu siyahıda pambıq mahlıcı (149,5 milyon dollar) ikinci, pomidor (tomat) (128,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. 

Digər yerləri tutan məhsulların siyahısı isə belədir: 

İlkin formalı polipropilen - 86,9 milyon dollar, 

İlkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) - 71,9 milyon dollar,

Meşə fındığı - 55,9 milyon dollar, 

Polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr - 51,4 milyon dollar, 

İlkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən çox) - 50,4 milyon dollar, 

Karbamid - 49,9 milyon dollar, 

Metanol (metil spirti) - 48,6 milyon dollar.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO