Qarabağa investisiya qoyuluşu – İş adamlarından təkliflər - FOTO

Qarabağa investisiya qoyuluşu – İş adamlarından təkliflər - FOTO

Hazırda oxunan: Qarabağa investisiya qoyuluşu – İş adamlarından təkliflər - FOTO

43699

Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti bu gün işini panel iclaslarla və startaplarin təqdimatları ilə davam etdirib.

Bizim.Media xəbər verir ki, “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” və “PostCOVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” mövzularında panel müzakirələr təşkil olunub. 

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmilərinin, iş adamlarının, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə mövzular ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO