Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”

Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”

Hazırda oxunan: Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
261572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hər zaman innovativ, rəqəmsal həllər təqdim edən Birbank, Trendyol onlayn alış-veriş platformasında “İndi al, sonra ödə” ödəniş üsulunu təqdim edir. Yeni məhsul müştərilərə daha rahat və çevik alış-veriş imkanı yaradaraq onların istədikləri məhsulu istədikləri zaman əldə etməsinə imkan yaradır.

Bizim.Media xəbər verir ki, artıq Trendyol istifadəçiləri alış-veriş zamanı bank tərəfindən təqdim edilən kredit limitindən istifadə edərək, alış-verişlərini istədikləri vaxt edib, ödənişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilərlər. 

Bunun üçün aşağıda qeyd olunan mərhələləri ardıcıl şəkildə yerinə yetirmək kifayətdir: 

-  Trendyol mobil tətbiqinə daxil olmaq;

-  “Azərbaycandan birbaşa al” bölməsinə keçid etmək;

-  Seçilmiş məhsulu səbətə əlavə etmək;

-  Ödəniş üsulu kimi “İndi al, sonra ödə” seçimindən istifadə etmək;

-  Təsdiq üçün tələb olunan məlumatları daxil etmək.

Birbank tamamilə faizsiz və komissiyasız olan bu xidmətlə müştərilərinə 50 AZN-dən 500 AZN-dək rahat alış-veriş imkanı təqdim edir. İstifadəçilər sadəcə biometrik təsdiqdən keçərək FİN kod və mobil nömrəni daxil edib kredit limitini aktivləşdirə bilərlər.

Ətraflı məlumat: //www.kapitalbank.az/bnpl 
 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.


Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO