Bankda və evdə pul saxlayanların NƏZƏRİNƏ: Devalvasiya olarsa…

Bankda və evdə pul saxlayanların NƏZƏRİNƏ: Devalvasiya olarsa…

Hazırda oxunan: Bankda və evdə pul saxlayanların NƏZƏRİNƏ: Devalvasiya olarsa…
239696
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son zamanlar banklara əmanət yerləşdirənlərin sayı artıb. Buna baxmayaraq, evində pul saxlamağa üstünlük verənlər də kifayət qədərdir. Həmin vətəndaşlar xüsusilə risklərdən ehtiyat edirlər. Qeyd olunur ki, bankların bağlanma ehtimalı onları əmanətçi olmaqdan uzaqlaşdırır.

Hansı hallarda banklara pul yerləşdirmək risklidir? Evdə pul saxlamaq vətəndaşa nə qazandırır?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, son illərdə əksəriyyət pulunu həm də ölkədən kənarda investisiya etməyə meyil edib:
 

“Amma banklarda da əmanətlərin miqdarı artıb. Pandemiyadan öncəki dövrdə bu rəqəm 9 milyarda qədər idisə, artıq həmin məbləğ 15 milyard manata gəlib çatıb. İnflyasiyanı da nəzərə alsaq, təxminən 10-15 faiz artım var. Təbii ki, bankların da riskləri mövcuddur. Əgər bir banka 100 min manata qədər vəsait yerləşdirirsinizsə, bu, Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Vətəndaşın pulu çoxdursa, onu bölüb bir neçə banka da əmanət edə bilər”.


İqtisadçı bildirib ki, evdə saxlanılar pullar inflyasiyaya uğrayır:

“Bu səbəbdən həmin pul azalır. Azərbaycan banklarında faiz dərəcəsi kifayət qədər çoxdur. Lakin eyni zamanda pullar devalvasiya riskinə də məruz qalır. Belə ki,  devalvasiya pulların bankda olduğu müddətdə baş verərsə, ciddi şəkildə dəyər itirilməsi gözlənilir. Bu, lotoreya kimi bir şeydir. Evdə olan vəsaitlər isə həm oğurluq təhlükəsi qarşısında qalır, həm də qeyd etdiyim kimi ilbəil dəyərini itirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO