Deputatın təklifinə ekspertdən DƏSTƏK – “Regionlarda ipoteka şərtləri yumşaldılmalıdır ki...”

Deputatın təklifinə ekspertdən DƏSTƏK – “Regionlarda ipoteka şərtləri yumşaldılmalıdır ki...”

Hazırda oxunan: Deputatın təklifinə ekspertdən DƏSTƏK – “Regionlarda ipoteka şərtləri yumşaldılmalıdır ki...”

163134

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisdə çıxışı zamanı ölkəmizdə ipoteka şərtlərinin dəyişdirilməsinin vacib olduğunu bildirib.

“Bakı ilə rayonlarda ipoteka şərtlərinin fərqli olmalır” – deyən deputatın fikrincə, rayonda, kənd yerində yaşayan əhali öz gəlirləri ilə hazırkı ipoteka şərtləri altında ev ala bilməz:

“Güzəştli ipoteka ilə evlər təkcə Bakıda tikilir. Niyə? Bu evlər rayonda da, kəndlərdə də tikilməlidir ki, camaat öz rayonundan, kəndindən ev alsın”.
 

MÖVZU İLƏ BAĞLI:

“Regionlar üçün ipoteka şərtləri yüngülləşdirilməlidir” – Siyavuş Novruzov 


Bəs, deputatın təklifinin reallaşması mümkündürmü?

Məsələ ilə bağlı fikilərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli, bu təklifi müsbət dəyərləndirib.

Onun sözlərinə görə, regionlarda evlərin və yaşayış binalarının tikilərək çox ucuz şərtlərlə ipotekaya verilməsi yaxşı olardı:

“Əsasən də 4 faizlik dövlət ipotekası ilə əhaliyə evlər verilərsə, müsbət addım olar. Amma burada başqa bir problem var. Bu gün bölgələrdə yaşayan əhalinin gəlirliliyi çox aşağıdır. Bu gün həqiqətən də əhalinin böyük əksəriyyəti mənzil və ev problemi ilə üz-üzə qalıb”. 

Amma bunun da əsas problem olmadığını deyən müsahibimiz, əsas məsələnin iqtisadi fürsətlərlə bağlı olduğunu diqqətə çatdırıb:

“Bu gün bölgələrdə iş yerləri və qazanc mənbələri məhduddur. Bütün bunlar olmalıdır ki, insanlar bölgələrdə qalıb yaşamaq barədə düşünsünlər, Bakıya və Abşerona köçməsinlər. Əsas səbəblər aradan qaldırılmalı, sonra isə ipoteka barədə düşünülməlidir. 

Problemin həllinə nail olunduqdan sonra, sakinlər üçün sərfəli ipoteka yolu ilə mənzillərin və fərdi evlərin tikintisinə şərait yaradılsın. Bu baxımdan da, məsələ sonuncu və qeyd edilənlərlə paralel şəkildə həll olunmalıdır”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO