Gömrük xətti ilə büdcə daxilolmaları 3,6 milyard manatı ötdü

Gömrük xətti ilə büdcə daxilolmaları 3,6 milyard manatı ötdü

Hazırda oxunan: Gömrük xətti ilə büdcə daxilolmaları 3,6 milyard manatı ötdü
150254
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 606,6 milyon manat təşkil edib.

Bizim.Media DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.

Ötən ilin eyni dövründə bu rəqəm 3 milyard 20,3 milyon manat təşkil edib.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 % artaraq 909,5 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 18,5 % artaraq 2 milyard 549,1 milyon manat, aksizlər üzrə daxilolmalar 42,7 % artaraq 121,8 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 24,2 % azalaraq 26,5 milyon manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO