Çempionlar Liqası:

Çempionlar Liqası: "Barselona" "İnter"lə qarşılaşacaq - III tura start verilir

Hazırda oxunan: Çempionlar Liqası: "Barselona" "İnter"lə qarşılaşacaq - III tura start verilir
97233
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.
 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 oyun keçiriləcək.

Gecənin ən maraqla gözlənilən matçı İtaliyada baş tutacaq. "İnter" doğma meydanda İspaniya "Barselona"sını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. C qrupunun lideri "Bavariya" isə Almaniyada Çexiyanın "Viktoriya" (Plzen) komandasını sınağa çəkəcək.

Daha bir vacib görüş A qrupunda olacaq. İlk 2 turdan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən İtaliya "Napoli"si Niderlandda "Ayaks"ın qonağı olacaq. Bu qrupun digər matçında isə "Liverpul" İngiltərədə Şotlandiya "Reyncers"i ilə üz-üzə gələcək.
 

Qrup mərhələsi, III tur

4 oktyabr

A qrupu

23:00. "Liverpul" (İngiltərə) - "Reyncers" (Şotlandiya)

23:00. "Ayaks" (Niderland) - "Napoli" (İtaliya)

Xal durumu: "Napoli" - 6. "Liverpul" - 3. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Bayer" (Almaniya)

23:00. "Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Brügge" - 6. "Bayer" - 3. "Atletiko" - 3. "Portu" - 0

C qrupu

20:45. "Bavariya" (Almaniya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya)

Xal durumu: "Bavariya" - 6. "Barselona" - 3. "İnter" - 3. "Viktoriya" - 0

D qrupu

20:45. "Marsel" (Fransa) - "Sportinq" (Portuqaliya)

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Tottenhem" (İngiltərə)

Xal durumu: "Sportinq" - 6. "Tottenhem" - 3. "Ayntraxt" - 3. "Marsel" - 0.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO