Şuşada beynəlxalq şahmat turniri başlayır

Şuşada beynəlxalq şahmat turniri başlayır

Hazırda oxunan: Şuşada beynəlxalq şahmat turniri başlayır
94911
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək.

Bizim.Media xəbər verir ki, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess-2022” beynəlxalq şahmat turniri sentyabrın 24-dək Şuşadakı “Qarabağ” otelində təşkil olunacaq.

Turnirin açılış mərasimi bu gün saat 14:00-da başlayacaq. Açılışdan sonra yarışın püşkatma mərasimi baş tutacaq.

Açılış mərasimindən sonra ilk turun görüşləri keçiriləcək. Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq. İştirakçılar rapid və blits üzrə yarışacaq. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.
“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO