Vətən müharibəsi qazisinə

Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verildi - FOTO

Hazırda oxunan: Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verildi - FOTO
92844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Kəpəz"in sabiq futbolçusu, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Talıb Rzayev Gəncə təmsilçisində işləyəcək.

Klubdan Bizim.Media-ya verilən məlumata görə, İdarə Heyətinin sədri İlqar Nadiri döyüşçü ilə görüşərək, onun 9 yaşlılardan ibarət komandaya məşqçi təyin edildiyini bildirib.

O əlavə edib ki, yaxın günlərdə gənc mütəxəssisin AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirakı da mümkün olacaq. Artıq bu istəklə quruma müraciət olunub.

Hələ müharibə dövründə yaralı olan Rzayevə baş çəkən klub rəhbərliyi səhhətinin imkan verəcəyi halda gələcəkdə komandada məşqçi işləməsi və müvafiq kurslarda təhsil alması üçün şərait yaradılacağını bildirmişdi.

Qeyd edək ki, Gəncə futbolunun yetirməsi olan Talıb Rzayev “Kəpəz”in aşağı yaş qrupları ilə yanaşı, əsas komandasında da çıxış edib.

O, “Cəsur döyüşçü”, "Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO