"Qarabağ" daha 2500 bileti satışa çıxarır

Hazırda oxunan: "Qarabağ" daha 2500 bileti satışa çıxarır
88854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) ilə Bakıdakı ilk matçına Çexiyadan azarkeşlər gəlməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti açıqlama yayıb.

UEFA ilə əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri azarkeşlər üçün satışa çıxarılacaq.

Fanatlar həmin biletləri iticket.az saytından və kassalardan ala bilərlər.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

"28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk görüş avqustun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oyun saat 20:45-də başlayacaq. Cavab görüşü isə avqustun 23-ü Çexiyada  oynanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO