Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatacaq – BU GÜN

Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatacaq – BU GÜN

Hazırda oxunan: Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatacaq – BU GÜN
87620
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşəcək.

Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferenstvaroş"la üz-üzə gələcək. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

Moldova "Şerif"i Çexiyada "Viktoriya" (Plzen) kollektivinin qonağı olacaq. Kişineudakı ilk qarşılaşmada "Şerif" 1:2 hesabı ilə uduzub. Bu cütün qalibi pley-offda "Qarabağ" – "Ferentsvaroş" duelinin güclüsü ilə görüşəcək.

Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan "Lüdoqorets"ini sınağa çəkəcək. Zaqreb klubu ilk matçda qalib gəlib – 2:1.
"Dinamo" mərhələ adlayacağı təqdirdə növbəti raundda “Budyo Qlimt” (Norveç) – “Jalqiris” (Litva) cütünün qalibi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

cavab oyunları

20:00. "Jalgiris" (Litva) – “Budö/Qlimt” (Norveç)

İlk oyun – 0:3

21:00. “Apollon” (Kipr) – “Makkabi” (Hayfa, İsrail)

İlk oyun – 0:4

21:00. "Viktoriya" (Plzen, Çexiya) – "Şerif" (Moldova)

İlk oyun – 2:1

21:00. “Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya)

İlk oyun – 0:5

21:45. "Midtüllann" (Danimarka) – "Benfika" (Portuqaliya)

İlk oyun – 1:4

22:00. "Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" (Azərbaycan)

İlk oyun – 1:1.

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Ludoqorets" (Bolqarıstan)

İlk oyun – 2:1

22:30. PSV (Niderland) – "Monako" (Fransa)

İlk oyun – 1:1.

22:30. “Şturm” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun – 0:1

22:45. "Reyncers" (Şotlandiya) – "Yunion" (Belçika)

İlk oyun – 0:2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO