3 komandamız Konfrans Liqasında cavab oyununa çıxır

3 komandamız Konfrans Liqasında cavab oyununa çıxır

Hazırda oxunan: 3 komandamız Konfrans Liqasında cavab oyununa çıxır
85814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycan klubları - "Neftçi", "Qəbələ" və "Zirə" cavab oyunları keçirəcək.

Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan "Fehervar"ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə məğlub olub.

"Neftçi" "Bakcell Arena"da Kipr "Aris"ini sınağa çəkəcək. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olub - 0:2.

"Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) komandasının qonağı olacaq. "Blumfild" stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq. "Qartallar" Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. "Qəbələ" (Azərbaycan) - "Fehervar" (Macarıstan)

Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya)

Qəbələ şəhər stadionu

İlk oyun - 1:4

21:00. "Neftçi" (Azərbaycan) - "Aris" (Kipr)

Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya)

Bakı, "Bakcell Arena"

İlk oyun - 0:2

21:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Zirə" (Azərbaycan)

Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya)

Təl-Əviv, "Blumfild" stadionu

İlk oyun - 3:0

Qeyd edək ki, "Qəbələ" - "Fehervar" cütünün qalibi III təsnifat mərhələsində “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) oyununun güclüsü, "Neftçi" - "Aris" cütünün qalibi “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, "Makkabi" - "Zirə" cütünün qalibi isə Yunanıstanın "Aris" (Saloniki) klubu ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO