"Formula 1"in təqvimində dəyişikliklər var

Hazırda oxunan: "Formula 1"in təqvimində dəyişikliklər var

8200

"Formula 1" üzrə dünya çempionatının təqvimində dəyişiklik olub.

Bizim.Media xəbər verir ki, bu barədə yarışın rəsmi "Tvitter" hesabında məlumat verilib.

Paylaşıma əsasən, mövsüm 26-28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.

19-21 martda keçirilməli olan Avstraliyadakı yarış 19-21 noyabrda gerçəkləşəcək. Yeni təqvimə əsasən 16-18 apreldə İtaliyada İmola Qran-prisi olacaq.

Əvvəlki təqvimə görə 9-11 apreldə Çində yarış keçirilməli idi. "Formula 1" rəhbərliyi Çin Qran-prisinin təşkilatçıları ilə danışıqları davam etdirir. Bundan əlavə Braziliya, Səudiyyə Ərəbistanı və Abu Dabidaki yarışların tarixləri dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO