Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

Hazırda oxunan: Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu
81426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, Yunan-Roma güləşi üzrə milli komandanın 2 üzvü qızıl medal qazanıb.

Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1.

Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə finala yüksəlib. Nihad həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşıb. Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.
Laçın Vəliyev (87 kq) 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Laçın yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib.

Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gəlib. Vəliyev 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, sabah yığmanın daha 4 üzvü medallar uğrunda mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO