"Ayntraxt" klubu Avropa Liqasının qalibi oldu – FOTO

Hazırda oxunan: "Ayntraxt" klubu Avropa Liqasının qalibi oldu – FOTO
75095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 18-də UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

Bizim.Media xəbər verir ki, turnirin həlledici görüşündə Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gəlib.

Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan final görüşü "Ayntraxt" klubunun qələbəsi ilə yekunlaşıb - 1:1, pen. 6:5.

Oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 57-ci dəqiqədə Qlazqo təmsilçisi vurub.

Rəqib müdafiəçinin səhvindən yararlanan Co Aribo komandasını önə keçirib. Lakin "Reyncers"in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub.

Burada daha dəqiq oynayan "Ayntraxt" Avropa Liqasının qalibi olub.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO