Avropa Liqasında 2 oyun, finalçılar müəyyənləşir

Avropa Liqasında 2 oyun, finalçılar müəyyənləşir

Hazırda oxunan: Avropa Liqasında 2 oyun, finalçılar müəyyənləşir
72813
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, cavab oyunlarından sonra turnirin finalçıları bəlli olacaq.

Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan "Leyptsiq" bu dəfə "Reyncers"lə Şotlandiyada üz-üzə gələcək. Qlazqodakı "Aybroks" stadionunda oynanılacaq matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Gecənin digər oyununda İngiltərə "Vest Hem"i Almaniyada "Ayntraxt"la münasibətlərinə aydınlıq gətirəcək. Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. "Frankfurtştadion" arenasında keçiriləcək matçın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00
. "Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya)

Baş hakim: Artur Diaş (Portuqaliya)

Qlazqoda, "Aybroks" stadionu

İlk oyun - 0:1

23:00.
"Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Frankfurt, "Frankfurtştadion"

İlk oyun - 2:1

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO