\

\"Qarabağ\" bu gün çempion ola bilər - Heç-heçə də kifayətdir

Hazırda oxunan: \"Qarabağ\" bu gün çempion ola bilər - Heç-heçə də kifayətdir

72497

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 20 xalla 6-cı, paytaxt klubu 14 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Sabah"ı qəbul edəcək. 58 xala malik olan "köhlən atlar"a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək.

35 xalla "Qəbələ" ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindədir. Bu görüş tərəflərin Premyer Liqada 15-ci dueli olacaq. Əvvəlki 14 oyunun 11-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 3 matçda heç-heçə qeydə alınıb. “Sabah” indiyədək qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası, XXV tur

3 may

16:30. “Şamaxı” – “Səbail”

Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Sabah”

“Azersun Arena”

Qeyd edək ki, tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO