Bu gün Avropa Liqasında yarımfinala start veriləcək - 2 OYUN

Bu gün Avropa Liqasında yarımfinala start veriləcək - 2 OYUN

Hazırda oxunan: Bu gün Avropa Liqasında yarımfinala start veriləcək - 2 OYUN
71799
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, bu raundun hər iki oyunu eyni gündə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin favoritlərindən Almaniya "Leyptsiq"i evdə Şotlandiya "Reyncers"ini qəbul edəcək. "Red Bull Arena"dakı matçın baş hakimi fransalı Benua Bastyen olacaq.

Meydan sahiblərindən Məhəmməd Simakan, Villi Orban və Kevin Kampl cəzalı olduqları üçün görüşü buraxacaqlar. Qonaqların heyətində isə itki yoxdur.

Gecənin digər qarşılaşmasında İngiltərə "Vest Hem"i eyniadlı stadionda Almaniya "Ayntraxt"ını sınağa çəkəcək. Matçı Niderlanddan olan FIFA referisi Sərdar Gözüböyük idarə edəcək.

Frankfurt təmsilçisində 2 futbolçu cəza səbəbindən meydana çıxa bilməyəcək. Müdafiəçi Evan N Dika və yarımmüdafiəçi Kristian Yakiç oyunda iştirak etməyəcəklər.

UEFA Avropa Liqası, yarımfinal

İlk oyunlar

28 aprel

23:00. "Leyptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya)

Baş hakim: Benua Bastyen (Fransa)

Leyptsiq, "Red Bull Arena"

23:00. "Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya)

Baş hakim: Sərdar Gözüböyük (Niderland)

London, "Vest Hem" stadionu

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO