Avropa çempionluğu Rusiyadan alındı - Azərbaycana verildi

Avropa çempionluğu Rusiyadan alındı - Azərbaycana verildi

Hazırda oxunan: Avropa çempionluğu Rusiyadan alındı - Azərbaycana verildi
68309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya Güləş Birliyi (UWW) 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

Bizim.Media xəbər verir ki, buna həmin vaxt Rusiya yığmasının heyətində mübarizə aparmış Anzor Boltukayevin dopinq testinin müsbət çıxması səbəb olub.

97 kq çəki dərəcəsində çıxış edən idmançı Serbiyanın Novi Sad şəhərində təşkil olunmuş qitə birinciyilinin finalında türkiyəli Rıza Yıldırıma uduzaraq, ölkəsinə 9 xal qazandırıb.

Lakin antidopinq qaydalarını pozduğu üçün güləşçinin nəticələri ləğv edilib.

Bununla da komanda hesabında Rusiyanın aktivindən 9 xal silinib və 58 xala malik Azərbaycan komandası avtomatik olaraq ikinci pillədən birinci sıraya yüksələrək, Avropa çempion olub. Xalı 53-ə enən Rusiya 3-cü yerə geriləyib. İkinci yeri isə eyni xala malik Türkiyə tutub.

2017-ci il Avropa çempionatında Azərbaycanı 97 kq çəkidə Aslanbek Alborov təmsil edib. Onun 1/4 finalda uduzduğu Gürcüstan güləşçisi Elizbar Odikadze finala yüksələ bilmədiyindən, Alborov mübarizəni dayandırıb və yekunda 6-cl yerin sahibi kimi 5 xal əldə edib.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması 2017-ci Avropa çempionatında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Milli komanda ilk qitə çempionluğunu 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə, üçüncüsünü isə 2022-ci ildə Macarıstanın paytaxtı Budapeştdə əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO