Qadın güləşçimiz finala yüksəldi - Avropa çempionatı

Qadın güləşçimiz finala yüksəldi - Avropa çempionatı

Hazırda oxunan: Qadın güləşçimiz finala yüksəldi - Avropa çempionatı
67394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı finala gedən yolda rumıniyalı Krista İntse ilə qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Manolova həlledici görüşə vəsiqə qazanıb. O, finalda ukraynalı Tatyana Rıjko ilə üz-üzə gələcək.

Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq. Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.
Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Yarış aprelin 3-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO