"Qalatasaray" "Barselona" ilə heç-heçə etdi - Avropa Liqasında NƏTİCƏLƏR

Hazırda oxunan: "Qalatasaray" "Barselona" ilə heç-heçə etdi - Avropa Liqasında NƏTİCƏLƏR
64151
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha 4 oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, görə bununla da raundun ilk matçlarına yekun vurulub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Barselona"nın qonağı olub. "Kamp Nou" stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

Gecənin digər qarşılaşmalarında "Reyncers" Şotlandiyada Serbiyanın "Srvena Zvezda" klubuna, "Braqa" Portuqaliyada Fransa "Monako"suna, "Atalanta" isə İtaliyada Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qalib gəlib.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0

Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51

00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0

Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89

00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 - Çarles Arangis, 11. Mussa Diabi, 63

00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0

Qol: Munir El-Haddadi, 60

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO