Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Hazırda oxunan: Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

641224

Parisdə keçirilən parataekvondo üzrə Qran-Pri yarışında ölkəmizi təmsil edən idmançılardan Sabir Zeynalov gümüş medalın sahibi olub.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz turnirin final görüşündə İsrail təmsilçisi Asaf Yasuru ilə qarşılaşıb. Həlledici döyüşdə rəqibinə məğlub olan Sabir Zeynalov yarışın gümüş medalına yiyələnib.

Qeyd edək ki, ən reytinqli idmançıların qatıldığı Paris Qran-Prisində Azərbaycan milli komandası baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 3 parataekvondoçu — İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq) və Amin Əliyev (63 kq) ilə təmsil olunur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO