Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO

Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO

Hazırda oxunan: Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO
641071
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya bildirilib ki, yarışın beşinci günündə milli komandanın daha 3 idmançısı 1/4, 2-si 1/2 finala vəsiqə qazanıb.

Nihad Məmmədli (48 kiloqram) 1/8 finalda Filip Borkovski (Polşa) ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti qarşılaşmada Akmal Dustiyevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

İsmayıl Nəsirzadə (52 kiloqram) də rinqdən qalib ayrılıb. Təmsilçimiz Vakaris Kiseliunası (Litva) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Nəsirzadə 1/4 finalda Qleb Qrinblatı (İsrail) sınağa çəkəcək.

Məhəmmədəli İstamov (57 kiloqram) Martin Donovandan (İrlandiya) güclü olub. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala gedən yolda Eleftherios Zurnatsislə (Yunanıstan) döyüşəcək.

Səma Abbasova (66 kiloqram) 1/4 finalda Aleksandra Kerdolla (İsrail) qüvvəsini sınayıb.Boksçumuz döyüşün taleyini ikinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü yarımfinalda İustina Anufriyeva (Rusiya) ilə üz-üzə gələcək. Xumar Cəfərli (+80 kiloqram) isə Aleksandra Liteanunu (Rumıniya) yarışdan kənarlaşdırıb. Boksçumuz 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Avropa çempionumuz yarımfinala gedən yolda Sofiya Opalyuxla (Ukrayna) görüşəcək.

Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Beləliklə, 1/4 final vəsiqə qazanan boksçularımızın sayı 11-ə yüksəlib.

Qeyd edək ki, yarışda 1/4 final döyüşləri bu gün, yarımfinallar oktyabrın 9-da olacaq.

Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO - foto 1
Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO - foto 2
Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO - foto 3
Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO - foto 4
Avropa çempionatı: İki boksçumuz yarımfinalda – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO