Ayxan Abbasov:

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Hazırda oxunan: Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”
640373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin futbolçuları Litva ilə matçda bacardıqlarından daha yaxşı oynayıb.

Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov Litva millisi ilə oyundan (1:0) sonra deyib.

45 yaşlı mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində baş tutan D Liqasının 2-ci qrupunun oyunu haqqında fikirlərini bölüşüb:

"Bilirdik ki, komanda çox yorulacaq. Əsas odur, istədiyimizə nail olduq. Lixtenşteynlə oyundan sonra narahatlıqlarım vardı. Sevinirəm ki, üç gün ərzində komanda toparlandı. Futbolçular performanslarından daha yaxşı oynadılar. Qarşıda bir yoldaşlıq, bir rəsmi matç var. İnanıram ki, bu oyunlardan qələbə ilə ayrılacağıq".

A. Abbasov hakim idarəçiliyinin ədalətli olduğunu deyib:

"Hakimliklə bağlı hər şey ortadadır. Ədalətli idarəçilik oldu. Hakim tempi yüksək saxladı. Rəqib baş məşqçinin narazılığını başa düşürəm. O da nəsə deməlidir". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO