
- A-
- A
- A+
İdman
04:51 / 04.10.2026
1 dəq oxunma
Keyn 78 illik rekordu TƏKRARLADI
Hazırda oxunan: Keyn 78 illik rekordu TƏKRARLADI
640265
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İngiltərə millisinin hücumçusu Harri Keyn Xorvatiya ilə səfər oyununda fərqlənərək milli komandanın tarixinə düşüb.
Bizim.Media xəbər verir ki, “Bavariya”nın futbolçusu bununla da İngiltərə millisinin heyətində ardıcıl 6 səfər oyununda qol vurub. O, bu göstərici ilə 78 il əvvəl müəyyənləşdirilmiş rekordu təkrarlayıb.
Keyndən əvvəl bunu yalnız üç futbolçu bacarıb. Ceyms Uindric, Tom Finni və Sten Mortensen ardıcıl 6 səfər matçında qol vurublar. Mortensen bu rekorda sonuncu dəfə 1948-ci ildə imza atıb.
Qeyd edək ki, Keynin seriyasına Andorra, Serbiya, Latviya, Albaniya, Çexiya və Xorvatiya millilərinə qarşı səfər oyunlarında vurduğu qollar daxildir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































