Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

Hazırda oxunan: Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub

639980

Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni legioner cəlb olunub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu, ukraynaəsilli idmançı Anna Zaytsevadır.

19 yaşlı cüdoçu Bakıda keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək. 63 kiloqram çəki dərəcəsində çıxış edən perspektivli idmançı son olaraq Polşa millisinin şərəfini qoruyub.

Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı olan Anna Zaytseva gənclər arasında son Avropa çempionatında 5-ci yeri tutub.

Qeyd edək ki, Bakıda cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO