Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Hazırda oxunan: Messi İspaniyada klub ALDI

639935

“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyanın Sequnda təmsilçisi “Eldense” klubunun sahibi olub.

Bizim.Media xəbər verir ki, klub Messi tərəfindən satın alındığını açıqlayıb. Bununla da 1921-ci ildə yaradılan “Eldense” üçün yeni mərhələ başlayıb.
 

Klubun açıqlamasında bildirilib ki, Messi rəhbərliyi ilə uzunmüddətli layihənin əsas məqsədi komandanın idman, institusional və sosial inkişafını təmin etməkdir. “Eldense” həmçinin tarixini və ənənəvi göy-qırmızı rənglərini qoruyacağını qeyd edib.


Sövdələşmənin rəsmiləşməsi üçün İspaniya Mərkəzi İdman Departamentinin müvafiq icazəsi tələb olunur.

Qeyd edək ki, “Eldense” Sequndada 7 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO