Bolqarıstanda nəqliyyat və tikinti sahələrində tanınan iş adamı İliyan Filipov Plovdiv şəhərində qətlə yetirilib. O, baş nahiyəsindən güllə yarası alıb.
Bizim.Media xəbər verir ki, İliyan Filipov ölkənin ən böyük, həmçinin Avropanın aparıcı on nəqliyyat şirkətindən biri olan "PIMK"nın təsisçisi və rəhbəri idi.
O, həmçinin "Botev Plovdiv" futbol klubunun prezidenti olub və Plovdivdəki "Hristo Botev" stadionunun tikintisi ilə tanınırdı.
Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, gecə saat 01:00 radələrində Plovdiv məhəllələrindən birində güllələnmiş şəxslə bağlı məlumat daxil olub. Onun hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib və ağır cinayətlə bağlı araşdırma başlanıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:50 / 30.09.2026
Futbol klubunun prezidenti güllələnərək öldürüldü
Hazırda oxunan: Futbol klubunun prezidenti güllələnərək öldürüldü
Hazırda oxunan: Futbol klubunun prezidenti güllələnərək öldürüldü
639566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































