
- A-
- A
- A+
İdman
14:10 / 16.09.2026
1 dəq oxunma
“Qəbələ”yə yeni baş məşqçi TƏYİN OLUNDU
Hazırda oxunan: “Qəbələ”yə yeni baş məşqçi TƏYİN OLUNDU
636964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Qəbələ”nin yeni baş məşqçisi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb. 44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.
O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.
Yeton Bekiri 2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimali Makedoniya çempionu olub.
Qeyd edək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































