Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

Hazırda oxunan: Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI

636278

Azərbaycan futbolunda 2026/2027-ci illər mövsümü üçün yay transfer pəncərəsi sentyabrın 10-u saat 23:59-da bağlanıb.

Bizim.Media “unikal.az”a istinadla yerli klubların ən bahalı satışlarını və transferlərini təqdim edir:
 

Ən bahalı satışlar

1. Kamilo Duran – “Qarabağ”dan “Seltik”ə – 5,5 milyon avro

2. Leandro Andrade – “Qarabağ”dan “Pelessye”yə – 3 milyon avro

3. Aaron Maluda – “Sabah”dan “Bazel”ə – 2,7 milyon avro

Ən bahalı transferlər

1. Taofik İsmail – “Qurnik”dən “Qarabağ”a – 1 milyon avro

2. Reda Xadra – “Reyms”dən “Qarabağ”a – 1 milyon avro

3. Bens Varkonyi – “Zalaeqerseq”dən “Qarabağ”a – 1 milyon avro

4. Cebrail Makreçkis – “Ferensvaroş”dan “Qarabağ”a – 1 milyon avro

5. Freddi Varqas – “Makkabi Netanya”dan “Neftçi”yə – 900 min avro

6. Alen Şkribek – “Zalaeqerseq”dən “Neftçi”yə – 900 min avro

7. Renaldo Sefas – “Pari NN”dən “Qarabağ”a – 880 min avro

Yay transfer pəncərəsində Azərbaycan Premyer Liqası klubları ümumilikdə 160 futbolçu ilə yollarını ayırıb. Bu keçidlərdən klubların əldə etdiyi ümumi gəlir 13,640 milyon avro təşkil edib.

Eyni dövrdə Premyer Liqa təmsilçiləri heyətlərinə 167 futbolçu cəlb ediblər. Bu transferlərə ümumilikdə 11,760 milyon avro xərclənib.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasındakı futbolçuların ümumi bazar dəyəri 110 milyon avrodan yuxarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO