Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Hazırda oxunan: Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

633113

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” klubunu təbrik edib.
 

MÖVZU İLƏ BAĞLI: 

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO


Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin sosial şəbəkə hesablarında paylaşım edilib.

“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

“Sabah” klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!”, - deyə təbrikdə qeyd olunub.

Xatırladaq ki, İsrailin "Hapoel" (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə görə 6-4 hesabı ilə məğlub edən "Sabah" komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO