Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Hazırda oxunan: Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

632359

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb.

60 kiloqramda çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kiloqram) 3-cü yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO