Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Hazırda oxunan: Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

631705

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.
 

Tural Əhmədov (63 kiloqram) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə heç bir şans tanımayıb – 8:0. Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən Tural dünya üçüncüsü olub.


Cavidan Nehmətov (77 kiloqram) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Cavidan gümüş medala layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO