Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Hazırda oxunan: Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

631521

Serbiyalı tennisçi Novak Cokoviç ABŞ-ın Sinsinnati şəhərində keçirilən "Masters" seriyalı turnirin ikinci turunda matç zamanı huşunu itirib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

İdmançı özünə gəldikdən sonra qusmadan əziyyət çəkib.
 

Argentinalı Tyaqo Aqustin Tirante ilə görüşədək Cokoviç "Böyük dəbilqə" turnirindən sonra uzun müddətdir özünü belə yaxşı hiss etmədiyini deyib. Jurnalistlərin sözlərinə görə, serbiyalı tennisçi ilk setdən etibarən əldən düşmüş görünürdü. İkinci setdə isə idmançının halı pisləşib.


"Son bir neçə il ərzində məni narahat edən sağlamlıq problemim var. Buna görə, xüsusilə, rütubətli və isti şəraitdə çoxlu çətinliklər yaranır. Sinsinnatidə isti və rütubətli olacağını gözləyirdim, lakin əsəbilik kimi amillər vəziyyəti daha da pisləşdirir. Elə də oldu", - deyə Cokoviç bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO